Endrik "Real Madrid"dən ayrılmaq istəyir.Sport1.az xəbər verir ki, məlumatı İspaniyanın "AS" nəşri yayıb.
Braziliyalı 2026-cı ildə keçiriləcək Dünya Çempionatında oynamaq istəyir. Bu səbəbdən də vinger qışda Madrid təmsilçisindən ayrılmaq istəyir.
19 yaşlı oyunçu agentlərindən Çempionlar Liqasında çıxış edən komanda tapmalarını istəyib.
Qeyd edək ki, Endrik "Real"ın heyətində 37 qarşılaşmada 7 qol vurub, 1 məhsuldar ötürmə edib.