
Rusiyanın nüfuzlu “Sport Ekspress” nəşri ilin ən yaxşı idman məşqçilərinin siyahısını açıqlayıb.
Sport1.az xəbər verir ki, siyahıya “Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar” klubunu çalışdıran Murad Musayev başçılıq edir. Mütəxəssis ölkədə ilin ən yaxşı idman məşqçisi seçilib.
Reytinqdə ikinci pillədə “Baltika”nın baş məşqçisi Andrey Talalayev, üçüncü yerdə isə Rusiyanın MOİK hokkey klubunun çalışdırıcısı İqor Nikitin qərarlaşıb.
Futbol üzrə Rusiya millisinin baş məşqçisi Valeri Karpin isə siyahıda 8–12-ci yerlər aralığında yer alıb.
Qeyd edək ki, Murad Musayev “Krasnodar”la birlikdə Rusiya Premyer Liqasının 2024/25 mövsümünün qalibi olub. O, 2021–2024-cü illərdə “Sabah” klubunun baş məşqçisi vəzifəsində çalışıb.