
Albaniyada çempionatında XVIII turun oyunları davam edir.
Sport1.az xəbər verir ki, “Eqnatiya” səfərdə "Teuta" ilə qarşılaşıb.
Oyun qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
Millimizin üzvü Zamiq Əliyev bu matça start heyətində çıxıb. Müdafiəçi 90+2-ci dəqiqədə ikinci sarı vərəqədən "qırmızı" alaraq meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, “Eqnatiya” 37 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.