“Real Madrid” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən yarımmüdafiəçi Ruben Neveşlə maraqlanır.
Sport1.az xəbər verir ki, Avropaya qayıtmaqda israrlı olan portuqaliyalı futbolçunun növbəti ünvanı məhz Madrid təmsilçisi ola bilər.
Xatırladaq ki, Neveş 2023-cü ildən etibarən “Əl-Hilal”ın formasını geyinir. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.