
Misli Premyer Liqasının 1-ci turundan təxirə salınmış matçında zədələnən “Qarabağ”ın futbolçusu Joni Montielin durumu bəlli olub.
Sport1.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada arxa bud əzələsinin gərilməsi diaqnozu alıb.
Həkimlərin ilkin rəyinə əsasən, futbolçunun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir. Onun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.
Qeyd edək ki, Montiel qarşılaşmanın 25-ci dəqiqəsində zədələnərək oyunu davam etdirə bilməyib və yerini Marko Yankoviçə verib.