“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Çempionlar Liqasının qrup mərhələsində “Benfika” ilə keçirilən görüşdə zədələnib. Sport1.az xəbər verir ki, oyunun 77-ci dəqiqəsində meydanı tərk etməyə məcbur qalan futbolçunun durumuna tibbi yoxlamadan sonra aydınlıq gəlib.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, əvvəlcə futbolçunun əzələ spazmı yaşadığı güman olunub. Lakin MRT nəticələri daha ciddi problemi ortaya çıxarıb:
“Müayinə göstərdi ki, Yankoviçdə dördbaşlı əzələnin gərilməsi diaqnozu təsdiqlənib. Onun bərpa prosesi təxminən 6 həftə davam edəcək”.