"Qarabağ"ın futbolçusu 4–6 ay yaşıl meydanlardan uzaq qalacaq

Bölmə adı Premyer Liqa
Yayımlandı 19-12-2025, 17:19

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev cərrahi əməliyyat keçirib.

Sport1.az xəbər verir ki, 31 yaşlı qolkiper Almaniyanın Plattlinq şəhərində yerləşən özəl klinikaların birində sol bud-çanaq oynağından uğurla əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, Şahruddinin müalicə və bərpa prosesi 4–6 ay davam edəcək.

Qapıçı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa millisinə qarşı keçirilən oyunda (1:3) zədələnmişdi. O, həmin qarşılaşmanın fasiləsində əvəzlənmişdi.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin əməliyyat və sonrakı müalicə xərcləri AFFA tərəfindən qarşılanır. Futbolçunun bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR