son dəqiqə SON DƏQİQƏ

“Gəncə”dən çətin qələbə

Bölmə adı Voleybol
Yayımlandı 18-12-2025, 20:31

Bu gün qadın voleybolçuların Yüksək Liqasında 7-ci turun oyunu keçirilib.

Sport1.az xəbər verir ki, UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.

Turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR