son dəqiqə SON DƏQİQƏ

Yüksək Liqada daha bir matç

Bölmə adı Voleybol
Yayımlandı 18-12-2025, 12:14

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun daha bir matçı keçiriləcək.

Sport1.az xəbər verir ki, UNEC evdə “Gəncə” ilə qarşılaşacaq.

Görüş UNEC-in idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun açılış matçında “Azərreyl” “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub edib.

Tura dekabrın 19-da yekun vurulacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR