son dəqiqə SON DƏQİQƏ
"İmişli" "Şamaxı" ilə üz-üzə gəlir, "Qarabağ" səfərdə "Sabah"a qarşı ● Veteran cüdoçularımızdan daha bir medal ● FİFA U-15 Dünya Çempionatı: Bu gün millimiz Hövsanda 2 matça çıxır ● Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ●

FIFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 17-12-2025, 14:28

FIFA 2026-cı il Dünya Çempionatı üçün yeni bilet kateqoriyasını təqdim edib.

Sport1.az xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan məlumata görə, “azarkeş girişi” adlanan yeni kateqoriya üzrə biletlərin qiyməti 60 ABŞ dolları müəyyənləşdirilib. Bu biletlər turnirin bütün 104 oyununa, o cümlədən final matçına şamil olunacaq.

Satış prosesi turnirdə iştirak edən milli assosiasiyalar vasitəsilə həyata keçiriləcək. Hər assosiasiya ən ucuz biletlər üçün müraciət və seçim meyarlarını müstəqil şəkildə müəyyənləşdirəcək. Bildirilir ki, bu biletlərin əsasən yığmalarını daim dəstəkləyən ən sadiq azarkeşlərə ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, FIFA-nın açıqlamasına əsasən, hazırda təsadüfi püşkatma mərhələsində biletlər üçün 20 milyondan çox müraciət qeydə alınıb. Təşkilat həmçinin vurğulayıb ki, Dünya Çempionatından əldə olunan gəlirlər kişi, qadın və gənclər futbolunun inkişafına yönəldiləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR