
Albaniya çempionatında 16-cı turun oyunları keçirilib.
Sport1.az xəbər verir ki, “Eqnatiya” səfərdə Tirana “Dinamo”su ilə qarşılaşıb.
Millimizin üzvü Zamiq Əliyev start heyətində meydana çıxıb və sona qədər oynayıb.
Görüş “Eqnatiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıran komanda turnir cədvəlinin ikinci pilləsində yerini möhkəmləndirib. Kollektiv lider “Elbasani”dən cəmi 1 xal geri qalır.