son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Bizon Kubokunda 1/8 final sonrası cəzalar – Kimlərə və niyə?

Bölmə adı Kubok
Yayımlandı 10-12-2025, 12:29


AFFA İntizam Komitəsi Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı qərarlarını açıqlayıb.

Sport1.az xəbər verir ki, “Zirə” – “Neftçi” görüşündə  “ağ-qaralar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Həmin oyunda “flaqman”ın azarkeşlərinin meydançaya kənar əşyalar atmasına görə 2000 manat, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə isə əlavə 5000 manat cərimə kəsilib.

“İmişli” – “Sabah” matçında meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən bölgə təmsilçisi 700 manat cərimə olunub. Eyni qarşılaşmada hakimlərə kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə “Sabah”ın azarkeşləri səbəbindən paytaxt klubu 5000 manatlıq sanksiya ilə üzləşib.

“Qarabağ” – “Karvan-Yevlax” oyununda qonaq kollektivin 4 futbolçusu sarı vərəqə gördüyü üçün Yevlax təmsilçisi 700 manat cərimə edilib. “Difai” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydan sahiblərinin 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzaya məruz qalıb, həmçinin klub 150 manat cərimələnib. “Araz-Naxçıvan” – “Kəpəz” qarşılaşmasında isə Gəncə təmsilçisinin 5 oyunçusunun sarı vərəqə alması səbəbindən qonaqlar 700 manatlıq maliyyə sanksiyası ilə cəzalandırılıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR