son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"İllər keçdikcə liqalar arasındakı fərq azalır" – AÇIQLAMA

Bölmə adı Kubok
Yayımlandı 6-12-2025, 13:49

Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları başa çatdı.

Geriyə qalan turun ardından I Liqa təmsilçiləri ilə Premyer Liqa klublarının arasında bir neçə qarşılaşma baş tutdu.

Görəsən, bu görüşlərdən sonra elita komandalarının səviyyəsi ilə aşağı divizion klubları arasındakı fərq nə yerdədir?

Sualımızı Fərid Namazova ünvanladıq. Tanınmış futbol eksperti mövzu ilə bağlı fikirlərini Sport1.az-a açıqladı:

"Oyunları yaxından izlədim. Əsas maraqlı görüşlər isə divizion komandaları ilə Premyer Liqa komandaları arasında oldu. "Şahdağ Qusar" - "Turan Tovuz" , "Qəbələ" - "Şəfa və "Şamaxı" - "Baku Sportinq" matçları buna nümunə idi. Düşünürəm ki, illər keçdikcə liqalar arasındakı səviyyə fərqi cüzi də olsa azalır. Bu faktor isə, oyunların daha maraqlı keçməsinə səbəb olur. Xüsusilə qeyd etmək istədiyim "Şəfa" - "Qəbələ" qarşılaşması idi. Bakı təmsilçisi layiqli müqavimət göstərdi. Bəlli hissələr var idi ki, komandalar bərabər oyun göstərirdi. Lakin yenə də, region klubu oyunçu keyfiyyəti baxımdan rəqibi üstələdiyindən qələbə qazanan tərəf oldu. "Şahdağ Qusar" - "Turan Tovuz" matçını da qeyd edərdim. Hətta görüşün son saniyələrində qusarlılar hesabı bərabərləşdirə bilərdi. Ümumən bu oyunlarla bağlı müsbət təəsüratlarım var".

MİKAYIL HACIYEV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR