"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Napoli" danimarkalı hücumçunu icarəyə götürmək niyyətindədir.
Neapolluların əsas hücumçusu Romelo Lukaku zədə üzündən təxminən 3 ay yaşıl sahələrdən uzaq qalacaq. İtaliya çempionu Hoylundun keçidi ilə bu problem aradan qaldırmaq istəyir. "Mançester Yunayted" 2028-ci ilədək müqaviləsi olan futbolçuya 40 milyon avro transfer qiyməti qoyub.
Qeyd edək ki, Rasmus 2023-cü ilin yayından "qırmızı şeytanlar"ın heyətində çıxış edir. O, meydana çıxdığı 95 oyunda 26 qol və 6 ötürmə ilə yadda qalıb.
Sport1.az