Akrobatika gimnastikası üzrə gimnastlarımız Murad Rəfiyev və Daniel Abbasov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 2025-ci il Dünya kuboku seriyasının qalibi elan ediliblər.
Sport1.az xəbər verir ki, kişi cütlüyümüz bu mövsüm ərzində Purs (Belçika), Burqas (Bolqarıstan), Bakı (Azərbaycan) və Jeşuv (Polşa) şəhərlərində keçirilən Dünya kuboku mərhələlərində iştirak edərək stabil və yüksək nəticələr göstəriblər. Ümumilikdə toplanan xallar nəticəsində seriya üzrə ən yüksək nəticəyə sahib olublar.
Sport1.az