
Azərbaycan, Avstraliya, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanın ev sahibliyi edəcəyi “FIFA Series”in formatı təsdiqlənib.
Sport1.az xəbər verir ki, 2026-cı ilin martında start veriləcək turnirdə hər ölkədə 3 oyun baş tutacaq.
Millimiz bu yarışda 3 matç keçirəcək.
Qeyd edək ki, turnirdə mükafat fondu olmayacaq. Çünki yarış milli komandaların FIFA pəncərəsi çərçivəsində yoldaşlıq görüşlərini əvəz edəcək.