FIFA-nın Azərbaycana növbəti etimadı – İnfantino açıqladı

Bölmə adı Azərbaycan
Yayımlandı 23-11-2025, 14:10

“FIFA Series” turniri yenidən Azərbaycanda keçiriləcək.

Sport1.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino beynəlxalq oyunlar pəncərəsi çərçivəsində 2026-cı ilin mart–aprel aylarında turnirin növbəti dəfə təşkil olunacağını açıqlayıb.

İnfantino sosial şəbəkə hesabında paylaşıb:

“2026-cı ilin mart və aprel aylarında “FIFA Series” turnirinin ilk genişmiqyaslı mərhələsinin keçiriləcəyini təsdiqləməkdən məmnunam. 2024-cü ildə mart ayında baş tutan pilot layihə uğurlu oldu və bu turnir müxtəlif qitələrdən olan milli komandaların ənənəvi konfederasiya sərhədlərindən kənarda bir-biri ilə qarşılaşması üçün xüsusi platforma yaradır”.

Onun sözlərinə görə, kişilərin iştirakı ilə “FIFA Series” Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda təşkil ediləcək. Qadınlardan ibarət turnir isə ilk dəfə Braziliya, Fil Dişi Sahili və Tailandda start götürəcək. Bundan əlavə, bir neçə ölkə də ev sahibliyi üçün istəyini FIFA-ya bildirib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə də “FIFA Series” layihəsinə ev sahibliyi edən ölkələrdən biri olub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR