İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları "Torino"nun qapıçısı Vanya Milinkoviç-Saviçlə maraqlanır.
Sport1.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının əsas qolkiperi Edersona əvəzləyici axtarır. London təmsilçisinin baş məşqçisi Enzo Mareska isə Robert Sançes və Filip Yorqensenin oyunundan narazıdır.
28 yaşlı serb qapıçının İtaliya klubu ilə müqaviləsinə əsasən 20 milyon avroya sərbəst qala bilər.
Qeyd edək ki, Vanya Milinkoviç Saviç 2017-ci ildən "Torino"da çıxış edir.