
İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” üçün əsas meyarın fərdi statistika deyil, böyük turnirlərdə qazanılan titullar olduğunu deyib.
Sport1.az “Mirror”a istinadən xəbər verir ki, 32 yaşlı forvard mövsümdə nə qədər qol vurmasının fərq yaratmadığını bildirib:
“Bu mövsüm 100 qol vura bilərəm, amma əgər Çempionlar Liqasını və ya Dünya Çempionatını qazanmasam, yəqin ki, “Qızıl top”u ala bilməyəcəyəm. Eyni şey Haaland və digər futbolçular üçün də keçərlidir. Belə böyük titulları qazanmaq vacibdir”.
Qeyd edək ki, Keyn bu mövsüm “Bavariya”da 17 oyunda 23 qol vurub və 3 məhsuldar ötürmə edib. İngiltərə millisi isə artıq DÇ-2026-ya vəsiqəni təmin edib.