son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

"Azərbaycan millisi yeni futbolçulardan qurulub" - Marko Rossi

Bölmə adı Futbol
Yayımlandı 9-06-2025, 20:35

Sabah yoxlama görüşündə Azərbaycan Macarıstanla qarşılaşacaq.

Sport1.az xəbər verir ki, bu gün oyundan öncə keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Marko Rossi iştirak edib.

Mütəxəssis görüş haqda bunları söyləyib:

“Azərbaycan millisi bizimlə oyunda qələbə qazanmaq istəyir. Onların son 5 oyunda 2, bizim isə 1 heç-heçəmiz var. Aydın məsələdir ki, onlar üzərlərinə düşəni etməyə çalışacaq”.

Rossi Azərbaycanla oyunda qapıçı seçimini etdiyini söyləyib:

“UEFA Millətlər Liqasında hər matç fərqli qapıçılarla oynayırdıq. Sabah əsas heyətdə Tot Balaş olacaq. Onu meydanda görmək istəyirik”.

O, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla onun Portuqaliya yığmasının sükanı arxasında olduğu zamanları xatırladıb:

“O, ölkəsi ilə mühüm qələbələr qazanıb. Biz balaca komandada danışmırıq. Portuqaliya son 10 ilin ən yaxşılarındadır. Portuqallar Santuşla Avropa Çempionatını və ilk UEFA Millətlər Liqasını qazanıb”.


Marko Rossi Azərbaycanla oyunda taktiki dəyişikliklər edəcəyini vurğulayıb:

“Əsas heyətdə də dəyişiklik olacaq. Bunların hamısı öncədən planlaşdırmışdıq. Bu, İsveçə uduzmuşuq deyə olmayacaq. Keçən oyuna görə bəraət axtarmıram. Nəticə bizim əlehimizə olsa da, statistika biz tərəfdə idi. DÇ-2026-nın seçmə mərhələsinin 3 oyununda 0 xal toplamışıq. Nələri dəyişməli olduğumuza baxmalıyıq”.

Rossi 6 il öncə Azərbaycan yığması ilə indikini arasında çoxlu dəyişikliyin olduğunu deyib:

“Komandanız demək olar ki, yeni futbolçulardan qurulub. Yaxşı xatırlayıramsa, buradakı oyun çətin olmamışdı. Amma Macarıstanda çətinlik çəkdik. Orada ofsaydla bağlı müəmma da var idi. Biz top komanda deyilik. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Sabah bizi çətin və önəmli matç gözləyir”.

Baş məşqçi sabah keçiriləcək oyunda topa sahib olmaq istədiklərini bildirib:

“Bizimlə DÇ-2026-nın seçmə mərhələsində eyni qrupda olan komandalara yaxınsınız. Topa daha çox sahib olmaq istəyirik. Bu, oyunun hakimi biz olacağıq anlamını verməsin. Amma bundan öncəki Türkiyə və İsveçlə görüşlərdə topa daha çox sahib olsaq da, istədiyimiz nəticəni əldə etmədik. Təəssüf ki, son 3 oyunda qol vura bilməmişik. Amma çoxlu qol epizodlarımız var idi”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR