“Bavariya”nın təcrübəli yarımmüdafiəçisi Coşua Kimmix komanda yoldaşı Harri Keyn haqqında fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, alman futbolçu kollektivin birliyini və Keynin fədakarlığını xüsusi vurğulayıb:
“Məqsədimiz komanda halında uğur qazanmaqdır ki, Harri də bu uğurlar sayəsində fərdi mükafatlara layiq görülsün. Amma onun oyununa baxanda heç vaxt fərdi nailiyyətlər üçün oynadığını düşünmürəm. O, tamamilə komandanın uğuru üçün çalışan çoxşaxəli futbolçudur. Heç vaxt soyunub-geyinmə otağında üzgün olduğunu görməmişəm, çünki o, şəxsi statistikaya deyil, komandanın nəticəsinə önəm verir. Bu da Keyn bizim üçün çox xüsusi və inanılmaz dərəcədə dəyərli edir,”
Qeyd edək ki, Harri bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 10 oyunda meydana çıxıb, 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.