18 yaşlı türkiyəli futbolçu nəhəng klubun gündəmində

Bölmə adı Futbol
Yayımlandı 31-03-2025, 15:05

“Beşiktaş”ın gənc futbolçusu Enes Çinemre Almaniyanın “Bavariya” klubunun maraq dairəsinə düşüb.

Sport1.az xəbər verir ki, istedadlı futbolçu yığmanın (U-18) heyətində Xorvatiyada keçirilən turnirdə Münhen təmsilçilərinin diqqətini çəkib.

“Beşiktaş”lı oyunçunun Səudiyyə Ərəbistanı və Rumıniya ilə matçlarda uğurlu çıxışı Bundesliqa komandasının skautlarının gözündən yayınmayıb.

Müəllif: Sport1.az