son dəqiqə SON DƏQİQƏ

Azərbaycan yığmasında oynamaq istəməyən futbolçuların milliləşdirilməsi nə dərəcədə düzgündür? - AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı 4-11-2025, 19:48

Son günlər "Dinamo Moskva"da çıxış edən Ülvi Babayevin milliləşdirilməsi məsələsi gündəmdədir.

Deyilənə görə, 21 yaşlı oyunçu bu təklifi geri çevirərək Rusiya millisində oynamaq istədiyini bildirdi.

Görəsən, AFFA-nın Azərbaycanı təmsil etmək niyyətində olmayan futbolçuları milliləşdirməyə cəhd etməsi nə dərəcədə düzgündür?

Sualımızı Arif Əsədova ünvanladıq. Tanınmış mütəxəssis mövzu ilə bağlı Sport1.az -a açıqlamasında bunları söylədi:

"Futbolçunun millimizdə oynama istəyi yoxdursa, heç onunla danışığa getmək də lazım deyil. Onu məcbur etməyin yeri yoxdur ki, millidə oynasın. Amma bəzi futbolçularımız da var ki, Rusiyada oynamalarına rəğmən yığmamızda oynamağı seçib. Emin Mahmudov olsun, Ramil Şeydayev olsun. Bu günə qədər millimizə xeyir də veriblər. Bundan sonra da verəcəklərinə şübhəm yoxdur. O baxımdan, normal qarşılayıram. Bu təcrübə yalnız bizdə yox, Türkiyədə də tətbiq olunur. Almaniyada böyüyüb başa çatmış futbolçuları milliləşdirirlər. Bu praktika hər yerdə istifadə olunur. Əsas məsələ oyunçunun özü ölkəsini təmsil etmək niyyətində olsun".

MİKAYIL HACIYEV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR