Cokoviç 19 yaşlı rəqibinə uduzdu

Bölmə adı Tennis
Yayımlandı 31-03-2025, 11:14

Serbiyalı tennisçi Novak Cokoviç Mayamidə keçirilən "Masters" turnirin finalında 19 yaşlı çexiyalı Yakub Menşikə uduzub.

Sport1.az xəbər verir ki, 2 saat 5 dəqiqə davam edən qarşılaşma çexiyalının 2:0 (7:6, 7:6) qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, 19 yaşlı tennisçinin ATP turnirlərində ilk çempionluğudur.

Müəllif: Sport1.az