Misli Premyer Liqasının X turunda "Şamaxı" səfərdə "Turan Tovuz"a məğlub oldu - 1:2. Görüşdən sonra qonaqların hücumçusu Karim Rossi matç haqda fikirlərini
Sport1.az-a söylədi:
"Çətin oyun idi. Ağır mübarizə keçəcəyini bilirdik. "Turan Tovuz"un futbolçularının fiziki cəhətdən güclü olduğunu və standart vəziyyətlərdən yaxşı olduğunu bilirdik. Məncə ilk hissə göstərdiyimiz oyunla fəxr edə bilərik. 1:0 öndə idik. Təəsüf ki, sonda uduzduq. İkinci yarıda adaptasiya problemləri və ot örtüyündə yaranan narahatlıqlar səbəbindən oynaya bilmədik və qapımızda qollar gördük". 31 yaşlı forvard 1 xal qazanma şanslarını itirdiyi üçün məyus olduğunu bildirdi:
"Düşünürəm ki, matç boyunca yaxşı epizodlarımız var idi. Hesabı bərabərləşdirə bilərik. Rəqib də adaptasiya ola bilmirdi. Ən azından bir xal belə ala bilməmək üzücü oldu". MİKAYIL HACIYEV