son dəqiqə SON DƏQİQƏ

Camilo Duran: “İlk hissəni çox pis oynadıq” - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 18-10-2025, 14:53

Misli Premyer Liqasında VIII turun oyunları davam edir.

Sport1.az xəbər verir ki, “Turan Tovuz” evdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub oldu.

Görüşdən sonra Ağdam təmsilçisinin hücumçusu Camilo Duran qarşılaşma haqda fikirlərini Sport1.az-a söylədi:

“Çətin oyun keçdi. İlk hissəni çox pis oynadıq. İkinci hissədə toparlanaraq geri dönüş etdik. 3 xalla liderliyə yüksəldik. Xoşbəxtik".

Kolumbiyalı futbolçu Çempionlar Liqasında “Atletik”lə oyun öncəsi fikirlərini səsləndirdi:

“Aydın məsələdir ki, “Atletik” haqda əlavə şərhə ehtiyac yoxdur. Güclü komandadır. Bununla belə biz ora məqsədimizə çatmaq üçün, 3 xal qazanmaq üçün yollanacağıq”


MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR