Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub etdi – 2:1Görüşdən sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Leandro Andrade matç haqda fikirlərini
Sport1.az-a açıqladı:
“Çətin olacağını gözlüyürdük. Rəqibin turnir cədvəlində bizdən öndə olması da bunun bariz göstəricisi idi. Əslində bu oyun “Atletik”lə oyundan öncə yaxşı sınaq oldu”.
26 yaşlı oyunçu ilk hissədən sonra geyinib-soyunma otağında baş məşqçi tərəfindən verilən təlimatlar haqda danışdı:
“Birinci hissədə heç də yaxşı oynamadıq. Baş məşqçimiz bizə göstərməli olduğumuz oyunu nümayiş etdirməli və meydandakı davranışımızı dəyişməyimizi tapşırdı”.Kabo-Verdeli futbolçu qarşıdan gələn “Atletik” qarşılaşması haqda bu fikirləri səsləndirdi:
“Onlar haqda danışmağa ehtiyac yoxdur. Gücləri, səviyyələri hər kəsə məlumdur. Bizi çətin oyun gözləsə də, bundan öncəki oyunlardakı kimi rahat oynayıb uğurlu nəticə əldə edə bilərik. Möhtəşəm stadion, atmosfer və ab-hava bizi gözləyir. Özümüzə güvənirik”.MİKAYIL HACIYEV