son dəqiqə SON DƏQİQƏ

"Qarabağ"la oyunda bu məqamlar Azər Salahlını təəsüfləndirib - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 1-11-2025, 13:12

Misli Premyer Liqasının X turunda "İmişli" "Qarabağ"ın qonağı oldu.

Qaraşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Oyundan sonra qonaqların müdafiəçisi Azər Salahlı matç haqda fikirlərini Sport1.az-a açıqladı:

"Görüşün çətin keçəcəyini bilirdik. Onların gücü hər kəsə məlumdur. Buna baxmayaraq, yaxşı oyun göstərdik. Əlimizə düşən fürsətləri dəyərləndirə bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik. Ümumilikdə yaxşı təsir bağışladıq".

31 yaşlı futbolçu komandanın qaçırdığı qol fürsətləri haqda bunları səsləndirdi

"Qarabağ" kimi komanda ilə mübarizə aparırsansa, əlinə düşən azsaylı fürsətlərdən yararlanmalısan. İkinci hissədə də epizodlar yaratdıq. Təəsüf ki, alınmadı.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR