"Real Madrid" bu mövsümün sonunda "Kristal Pelas"la müqaviləsi başa çatan Mark Quehini heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, ingiltərəli futbolçu uğrunda əsas mübarizə aparan kollektivlərdən biri də "Liverpul"dur.
"Kral klubu" bu yarışda Mersisayd təmsilçisini məğlub edəcəyinə inanır.
25 yaşlı futbolçu ilə "Bavariya" da yaxından maraqlanır.
Qeyd edək ki, "Liverpul" son transfer pəncərəsində Mark Quehinin keçidini tamamlasa da, "Kristal Pelas" rəhbərliyi tərəfindən verilən qərara görə bu transfer baş tutmayıb.