son dəqiqə SON DƏQİQƏ

Prins Ovusu bunu bacaran 7-ci futbolçu oldu

Bölmə adı Premyer Liqa
Yayımlandı 31-10-2025, 12:18

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Qəbələ" - "Mingəçevir" oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.

Sport1.az xəbər verir ki, 5:1 hesabı ilə başa çatan matçda het-trik edən 19 yaşlı qanalı legioner klub tarixinə bir görüşdə üç qol vuran 7-ci futbolçu kimi düşüb.

Xatırladaq ki, şimallıların tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilal Auaşeriyadır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR