"Bizon Azərbaycan Kubok"unun 1/8 final mərhələsində "Neftçi" MOİK-i qəbul etdi.Görüş "ağ-qaralar"ın 6:2 hesablı qələbəsi ilə başa çatdı.
Qarşılaşmadan sonra meydan sahiblərinin futbolçusu Murad Məmmədov matç haqda fikirlərini
Sport1.az-a söylədi:
"Yaxşı oyun keçdi. Bizim üçün motivasiya baxımından çox önəmli qələbə oldu. Düşünürəm ki, növbəti oyuna daha istəkli və daha əzmkar çıxacağıq. Ümumilikdə həm özüm, həm də komandam üçün çox yaxşı oyun keçdi. Çox xoşbəxtəm".
19 yaşlı futbolçu Premyer Liqanın növbəti turunda baş tutacaq olan "Kəpəz"lə oyun haqda da danışıb:
“Əlbəttə, hər qələbə bizim üçün bir motivasiyadır. "Kəpəz"lə görüşdə də qələbə qazanmağa çalışacağıq. Bizi qarşıda derbi gözləyir. Komandama inanıram, çünki bizdə artıq bir ailə kollektiv formalaşıb".