18:50 26.10.2025 31

Tsaxadze: "Oyun baxımından "Neftçi"dən geri qalmadıq"

Misli Premyer Liqasının IX turunda "Qəbələ" doğma meydanda "Neftçi"yə 0:2 hesabı ilə uduzub.

Sport1.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Bu qədər qol vəziyyətləri yaradırıq. Fərdi səhvlərdən qollar buraxırıq. Sanki bir qədər soyuqqanlılıq çatmır və müdafiədə səhvlərə yol veririk. Nə etmək olar? Bu səhvləri aradan qaldırmaq üçün bundan sonra da işləməliyik. Təəssüfləndirici məğlubiyyətdir. Yaratdığımız epizodların 20 faizini qola çevirə bilsəydik, nəticə daha yaxşı ola bilərdi.

- Oyunu iki hissəyə bölmək olar? Abubakar meydana daxil olana qədər və ondan sonrası?

- Başa düşürəm ki, o yetərincə səviyyəli futbolçudur. Amma hazırda ideal formasından uzaqdır. Biz öz oyunumuza baxmalıyıq. Belə futbolçuların gəlişi təbii ki, çempionatın səviyyəsini qaldırır.

- Hər oyundan sonra rəqib baş məşqçilər "Qəbələ"nin oyun tərzini bəyəndiklərini deyir. Bəs siz özünüz bəyənirsiz?

- Bəli, hamı qeyd edir ki, "Qəbələ" çox yaxşı futbol oynayır. Bunu biz də görürük, siz də görürsüz. Amma əsas olan xaldır. Bizim xalımız azdır. Vacib olan odur ki, xallar qazanaq. Karyeram ərzində heç vaxt liqada qalmaq uğrunda mübarizə aparan komandada işləməmişəm. 8 il Azərbaycanda, 5 ilə Qazaxıstanda işlədiyim klublar daim yüksək yerlər uğrunda mübarizə aparıb. Bu, mənim üçün də çətindir. Klub prezidenti ilə görüşümüz oldu, müzakirə etdik. Təəssüf doğuran odur ki, biz oyun baxımından "Neftçi"dən geri qalmadıq. Onların cəmi iki zərbəsi oldu, ikisi də qolla nəticələndi. Amma bizim nə qədər zərbələrimiz, rəqib qapıçının qurtarışları oldu. Mən I Liqada işləyəndə çoxları təəccüblə qarşıladı. Amma dedim ki, söz vermişəmsə, bu işi görəcəm. İndi də bu sözü vermişəm. Komandanın Premyer Liqada qalması üçün əlimdən gələni edəcəm. Əminəm ki, belə oyunla uğur gələcək. Səbr edəcəm, axıra qədər işimin başında olacam.

- Samir Abasov futbolçu karyerasının ən uğurlu dönəmlərini sizin rəhbərliyiniz altında keçirib. "Neftçi"ni təhlil edərkən sizin oyun sisteminizin təsirini görürsüz?

- Samir Abasova mənim haqda dediyi müsbət sözlərə görə təşəkkür edirəm. Onunla tez-tez görüşürük. Onun yaxşı məşqçi kimi yetişməsinə görə şadam. Samir Abasov çempion olub. Məndən də nəsə götürübsə, buna görə sevinərəm. Yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqov, Elmar Baxşıyevi qeyd edə bilərəm. Biz isə bütün diqqətimizi öz komandamıza yönəltməliyik ki, Premyer Liqada yerimizi qoruyaq.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:11

“Liverpul”a qarşı ən yaxşı oyunlarımızdan birini göstərəcəyik” – Qurbanov

22:42

Azərbaycanlı beynəlxalq turnirin qalibi oldu

22:17

Bu klubda danışılmış oyunlara qarşı maarifləndirmə keçirildi

21:48

“Bazel”in “sükanı arxasına” tanınmış ad gətirildi

21:23

Avropa Liqası səfəri yarımçıq qaldı: PAOK azarkeşləri ağır qəzaya düşdü – FOTO

20:41

Slotdan “Qarabağ”a mesaj: “Qələbə qazanmaq istəyirik”

20:29

Frimponq “Qarabağ”ı xatırladı: “Qarabağ” tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır”

20:10

Malta millisinin üzvü “Qarabağ”ın radarında – İDDİA

19:49

Azərbaycan çempionatında finalçılar bəlli oldu

18:07

“Sumqayıt”ın sabiq hücumçusu Ermənistan klubunda

17:50

“Turan Tovuz” onunla müqaviləyə xitam verdi – RƏSMİ

17:36

Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək

17:11

Gənc cüdoçular üçün yeni qaydalarla bağlı seminar

16:31

Azərbaycan çempionatı başa çatdı

16:07

“Neftçi”dən “Qəbələ”yə – RƏSMİ

15:56

Elçin Məsiyev Avropa Liqasının oyununa təyinat aldı

15:34

Bakıda beynəlxalq yarış təşkil olunacaq

15:10

"Qarabağ"ın futbolçusunu bu 4 ölkənin komandaları istəyir – İDDİA

14:56

"Qarabağ" ev oyunlarını keçirəcəyi stadionu dəyişdi – RƏSMİ

14:42

Tanınmış mütəxəssis Mirəli Seyidov vəfat edib

13:17

“Qəbələ”də növbəti ayrılıq – RƏSMİ

23:29

“Qarabağ” İngiltərəyə çatdı

22:46

“Qarabağ”ın sabiq futbolçusu II Liqa klubunda

22:14

Premyer Liqadan I Liqaya

21:44

“Liverpul” “Qarabağ”la bağlı səhvə yol verdi – FOTO

21:13

AFFA çempionatda komanda sayını artırır – ÖZƏL

20:21

Azərbaycan çempionatında həlledici mərhələ: yarımfinal və finalların adı bilindi

19:43

Ayaz Quliyev yenidən “Arsenal”da – RƏSMİ

17:09

Spalletti: “Kenan yadplanetlidir”

16:12

“Qarabağ”dan iki qələbə

15:58

Azərbaycan millisinin üzvü Türkiyə klubunda – FOTO

15:34

Azərbaycan qılıncoynadanı beynəlxalq turniri medalla bitirdi

15:06

Azərbaycanlı nümayəndə "Roma"nın oyununda

14:28

“Qarabağ” “Enfild” səfərinə yola düşür

13:57

AFFA daha iki komandaya texniki məğlubiyyət verdi

13:31

“Liverpul” – “Qarabağ” matçının hakimləri bəlli oldu

13:14

“Sabah”da növbəti ayrılıq – RƏSMİ

12:51

“Qarabağ” istənilən komanda ilə oynamağın mümkünlüyünü anlayır”

12:32

Renat üçün “Zirə” seçimi gündəmdədir, amma...

12:09

“Bu qələbə gələcək oyunlar üçün açar oldu”

11:53

"Sabah" "20"yə çatdı

11:37

Milli komanda üzvləri üçün seminar keçirildi

11:13

999 gündən sonra

10:54

Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev, Valter Quqlemon və Rəhim Sadıxov

10:29

"Simurq", "Bakı" və "Kəpəz"

10:00

Premyer Liqada 15 illik rekord təkrarlandı

23:19

Tofiq Bəhramovun nəvəsinə vəzifə verildi

22:43

Süleymanova İtaliyada gümüş medal qazandı

22:19

“Neftçi” məğlubiyyətə üzüldü

21:29

"4:1 hesabı ilə qalib gəlsək də, mənfi şeylər görürəm" – Dambrauskas

21:07

"Erkən qollar istər-istəməz bizə təsir etdi" – Füzuli Məmmədov

20:53

Qar voleybolu üzrə ölkə kuboku başa çatıb

20:36

Ölkə çempionatında həlledici mərhələyə start verildi

20:25

"Sabah" "Karvan-Yevlax"ı məğlub etdi – YENİLƏNİB

19:25

Vaci hədəflərinə çatacaqlarına inanır – MÜSAHİBƏ

19:07

“İlk hissədə niyə oynaya bilmədiyimizi anlamırıq”

18:44

Nani Qazaxıstan klubunda – RƏSMİ

18:26

"İkinci qolu tez vursaydıq..." – Berdiyev

18:11

Snoubord üzrə Heydər Əliyev Kuboku keçirilib

17:43

NTD “Şəki” üzərində qələbə qazandı

17:35

"Sabah" – "Karvan-Yevlax": HEYƏTLƏR

16:52

Səfərdə 100-cü qələbə

16:27

30-cu böyükhesablı məğlubiyyət

15:47

“Kəpəz” 9786 gün sonra “Qarabağ”ı...

15:22

Azərbaycanlı futbolçu "Arsenal"da – İDDİA

14:50

"Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

14:22

Millimizin üzvü oynadı, komandası uduzdu

13:48

Qar voleybolu üzrə ölkə kubokunun növbəti oyunları keçiriləcək

13:27

“Danimarkaya vurduğum qolu dünyasını dəyişmiş atama həsr edirəm”

12:37

Arbeloa “Real”da ilk gördüyünü açıqladı: “Hər kəsin işə yanaşması diqqətimi çəkdi”