son dəqiqə SON DƏQİQƏ

Kamran İbrahimov: "Təcrübə baxımından rəqibdən geri qaldıq" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 25-10-2025, 12:45

Misli Premyer Liqasının IX turunda "Karvan Yevlax" "Turan Tovuz"u qonaq etdi.

Görüş tovuzluların qələbəsi ilə başa çatdı - 2:1

Qarşılaşmadan sonra Yevlax təmsilçisinin qapıçısı Kamran İbrahimov oyun haqda düşüncələrini Sport1.az-a söylədi:

"Yaxşı mübarizə apardıq, döyüşdük. Sadəcə təcrübə baxımından rəqibdən geriyə qaldıq".

26 yaşlı qolkiper görüşün sonlarına yaxın komandasının hesabı açmasına rəğmən rəqibin üstünlüyü yenidən ələ almasını belə şərh etdi:

"Əsas səbəbi yorğunluq olaraq görürəm. Tovuzlular lazımi dəyişiklikləri edərək bu problemi aradan qaldırsa da, bizdə bu alınmadı".

Kamran ikinci hissədə əvəzlənməsinin səbəbini söylədi:

"Səhətimlə bağlı məcburiyyətdən dəyişilməli oldum. Fiziki baxımından heç bir problemim yoxdur. Sadəcə oyunu oynaya biləcək vəziyyətdə deyildim".
MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR