Kamerunlu futbolçu Vensan Abubakarın “Neftçi”yə transferi dünyada səs-küyə səbəb olub. Sport1.az xəbər verir ki, İngiltərənin "Sun" nəşri bu barədə məqalə paylaşıb.
Bildirilir ki, Abubakarın ölkəmizə gəlişi dünyanın bir çox ölkəsində Premyer Liqamıza marağın artmasına səbəb olacaq: “Abubakar Kamerun millisinin ən məhsuldar ikinci futbolçusudur, DÇ-2022-də iki qol vurub. Həmin mundialın ən yaxşılarından biri hesab olunurdu. Bir müddət “Mançester Yunayted”in də maraq dairəsinə düşmüşdü. Belə bir oyunçunun cəmi 3 il sonra Azərbaycan kimi reytinqi aşağı ölkəyə yollanması hamını təəccübləndirdi. O, indi “Neftçi” ilə yenidən yüksəlişə keçməyə çalışacaq”.