Vensan Abubakarın “Neftçi”yə keçidi Türkiyə mediasında da geniş maraq doğurub.
Sport1.az xəbər verir ki, qardaş ölkənin duhuliye.com portalında bu keçiddə icraçı direktoru Cenk Sümerin böyük rolu olduğu bildirilib.
Məlumatda türkiyəlinin hələ “Beşiktaş”da işləyən zaman 2023-cü ildə kamerunlu hücumçunu İstanbul klubuna geri dönməyə razı saldığı qeyd olunub. İndi isə onun eyni təsiri Abubakarın “Neftçi”yə gəlişində də özünü göstərib.
Portal həmçinin kamerunlunun Bakı təmsilçisinə ödənişsiz keçməsini xüsusi vurğulayıb.
Türkiyə mediası əlavə edir ki, 31 yaşlı futbolçu “Neftçi” ilə "1+1" illik müqavilə imzalayacaq.