son dəqiqə SON DƏQİQƏ

Felipe Santos: "Nəticə bizi üzmədi" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-10-2025, 12:28

Misli Premyer Liqasının VIII turunda "Araz Naxçıvan" "Neftçi"nin qonağı oldu.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatdı.

Görüşdən sonra Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Felipe Santos oyun haqda fikirlərini Sport1.az-a söylədi:

“Çətin oyun keçdi. “Neftçi” güclü komandadır. Mənə görə 2-ci qol ofsayd idi. Lakin burada çox ilişib qalmayacağıq. Biraz da öz üzərimizdə çalışmağa davam edəcəyik. Bu gün qazandığımız 1 xal da böyük əhəmiyyət daşıyır.”

Braziliyalı oyunçu meydanda aqressiv görünməsinin səbəbini belə izah etdi:

“Mənə görə hər bir oyun final kimidir. Rəqibimiz də güclü idi. Komandamız qarşılaşmaya çox ciddi yanaşırdı.

28 yaşlı futbolçu nəticədən razı qaldığını bildirdi:

“Bəli, yaxşı nəticə oldu. Əlimizdən gələni etdik. Nəticə bizi üzmədi”.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR