son dəqiqə SON DƏQİQƏ

3 oyun sonra gələn qələbə haqda bunları söylədi - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 19-10-2025, 13:15

Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" "Karvan-Yevlax"ı qəbul etdi.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatdı.

Oyundan sonra "kimyaçılar"ın yarımmüdafiəçisi Roy Kehat görüş haqda fikirlərini Sport1.az-a açıqladı:

"Yaxşı matç idi. Əla oynadıq. İlk hissədə qonaqlar hesabı bərabərləşdirsə də, görüşün ikinci 45 dəqiqəsində toparlanıb, 3 qol vurduq və qələbə qazandıq".

İsrailli futbolçu 3 oyundan sonra əldə etdikləri qələbəni belə izah etdi:

"Çox vacib oyun idi. Bu gün qazandığımız qələbə bizdə ruh yüksəkliyi yaratdı. Bunun sayəsində növbəti oyunlara daha yüksək motivasiya ilə çıxacağıq. Gələn həftə çox çətin oyunumuz var".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR