son dəqiqə SON DƏQİQƏ

"Neftçi" - "Araz Naxçıvan"la heç-heçəyə razılaşdı - YENİLƏNİB

Bölmə adı Premyer Liqa
Yayımlandı 19-10-2025, 20:21

Misli Premyer Liqasının 8-ci turu davam edir.

Sport1.az xəbər verir ki, "Sabah" Masazırda "Zirə"ni qəbul etdi.

Görüş "bayquşlar"ın qələbəsi ilə başa çatdı - 3:0

Günün ikinci görüşündə isə "Neftçi" doğma divarlar arasında "Araz-Naxçıvan"ı qonaq etdi.

Dünən keçirilmiş matçlarda "İmişli" "Qəbələ" ilə heç-heçəyə razılaşıb (2:2). "Sumqayıt" isə evdə "Karvan-Yevlax"ı məğlub edib (4:1).

Misli Premyer Liqası
8-ci tur
19 oktyabr

“Sabah” – “Zirə” 3:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
"Bank Respublika Arena", 16:00.

“Neftçi” – “Araz Naxçıvan” 2:2
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
"Palm Sports Arena", 18:30.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR