SON DƏQİQƏ
Misli Premyer Liqasının 8-ci turu davam edir.
Sport1.az xəbər verir ki, "İmişli" "Qəbələ" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Günün ikinci görüşündə “Sumqayıt” “Karvan”ı qəbul etdi.
Dünən keçirilmiş matçlarda “Şamaxı” “Kəpəz”ə (1:4), “Turan Tovuz” “Qarabağ”a (1:2) uduzub. “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
8-ci tur
18 oktyabr
“İmişli” – “Qəbələ” 2:2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Sumqayıt” – “Karvan” 4:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.