“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti karyerasını bitirmə səbəblərindən danışıb.Sport1.az xəbər verir ki, o, 2016/17 mövsümündə baş məşqçi Luçano Spallettinin klubun dəstəyi ilə onu komandadan ayrılmağa məcbur etdiyini bildirib.
Totti qeyd edib ki, həm fiziki, həm də mənəvi cəhətdən futbola davam etməyə hazır idi. Lakin rəhbərlik onu kənarda saxlamağı qərara alıb.
“Roma”nın simvolu hesab edilən veteran futbolçu “pulsuz oynamağa razı idim, amma yenə də kənarlaşdırıldım” deyə vurğulayıb.
Qeyd edək ki, baytaxt təmsilçisinin heyətində 785 oyun keçirən Totti 307 qol və 205 məhsuldar ötürmə ilə klub tarixində dərin iz buraxıb.