Misli Premyer Liqasının 8-ci turunda "Şamaxı" "Kəpəz"ə məğlub oldu - 1:4.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı mətbuat konfransında çıxış etdi.
Mütəxəssis qarşılaşma haqda bunları söylədi:
"Bu qələbəni azarkeşlərimizə, xüsusilə azyaşlı azarkeşimiz Babəkə həsr edirik. Çətin oyun olacağını bilirdik. Stressdən, gərginlikdən çıxmaq üçün yol axtarırdıq. İnanıram ki, bu qələbə açar olacaq. Yaxşı komandaya qarşı oynadıq. "Şamaxı" necə oynamaq lazım olduğunu bilir. Rəqibi təhlil etmişdik. Şükürlər olsun ki, bu gün qələbə qazandıq".-
Babək kimdir?- Gəncədən gələndə məni inandırdı ki, qələbə qazanacağıq. Onun sözləri mənim üçün xüsusi motivasiya idi. Buna görə onun adını çəkdim.
-
Sanki Ayxan Abbasovla aranızda soyuqluq var. Nə baş verib?- Heç bir soyuqluq yoxdur. Oyundan qabaq bir yerdə idik, xeyli söhbət etdik. Ayxanla çox yaxşı münasibətimiz var. Biz çox yaxın qardaşıq, bir-birimizin xətrini çox istəyirik. Ayxan Abbasovun köməkçisi Elnur Çodarov da mənim uşaqlıq dostumdur.
- "Kəpəz"in artıq özünə gəldiyini demək olar?- İşimiz çoxdur. Paltardəyişmə otağında vurğuladım ki, hələ heç nə etməmişik. Daha güclü olmalıyıq.
-
Əvvəlki komanda ilə hazırkını necə müqayisə edərdiniz?- Müqayisə etmək istəmirəm. O həyətdə də yaxşı futbolçular var idi, bu gün də var. Yolumuza davam edirik. Bu futbolçular bizə xallar qazandıracaq. Onları inandırmaq lazımdır. İnam ən güclü silahdır.