son dəqiqə SON DƏQİQƏ

Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir

Bölmə adı Voleybol
Yayımlandı 16-10-2025, 11:22

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yeni mövsümünə start veriləcək.

Sport1.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 15:00-da “Neftçi” “Ordu” ilə, 17:00-da isə “Murov Az Terminal” “Azərreyl”lə qarşılaşacaq.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Xatırladaq ki, “Gənclər” – “Xilasedici” qarşılaşmasının vaxtı və məkanı sonradan açıqlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR