İtaliya millisinin baş məşqçisi Gennaro Qattuzo komandasının son oyunlardakı yüksəlişindən danışıb.Sport1.az xəbər verir ki, o, Estoniya və İsrail üzərindəki qələbələrə baxmayaraq, yalnız Dünya Çempionatına vəsiqə qazanılacağı halda bununla qürur duyacağını bildirib:
“Əks halda, İtaliyadan çox uzağa köçəcəyəm"."Azzurrilər" 2026 mundialının seçmə mərhələsində pley-offa yüksəlib və İsraili Udinedə 3:0 hesabı ilə məğlub edib. Qattuzo rəhbərliyi altında milli son dörd oyunda ardıcıl qələbə qazanaraq ümumilikdə 16 qol vurub.