II Liqada 5-ci turun oyunları keçirildi.
Sport1.az xəbər verir ki, turun mərkəzi oyunu Lökbatan da baş tutdu. Burda "Qaradağ Lökbatan" çempionatın lideri "Xankəndi"ni qəbul edirdi. Qarşılaşma qəsəbə təmsilçisinin qələbəsi ilə başa çatdı - 2:0.
Bakı klubunun baş məşqçisi Qəzənfər Abbasov saytımıza açıqlamasında qələbə haqda bunları söylədi:
"Xankəndi" ilə oyunun ağır olacağını bilirdik. Rəqib kifayət qədər güclü, iddialı kollektivdir. Heyətində səviyyəli futbolçuları var. Görüşə son dərəcə ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən topa sahib olmağa çalışdıq. Rəqibin verdiyi boşluqlardan maksimum yararlandıq. Futbolçularım meydanda döyüşdülər və layiqli qələbə qazandıq. "Xankəndi"ni mövsümdə ilk dəfə məğlub edən komanda olduğumuz üçün qürrələnmirik. Bizim üçün başlıca məqsəd her oyunda qələbə qazanmaq və çempion olmaqdır. Bunun üçün də əlimizdən gələn hər şeyi edəcəyik". MİRZƏ S.