I Liqada sonuncu tura start verildi - YENİLƏNİB

Bölmə adı I Liqa
Yayımlandı 22-05-2025, 20:16

Bu gün futbol üzrə Azərbaycan I Liqasında sonuncu - 27-ci tura start verilib.

Sport1.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Çempion "Qəbələ" “Qaradağ Lökbatan”ın qonağı olub. "Mingəçevir" isə "Karvan"ı qəbul edib. Hər iki görüş saat 17:00-da start götürüb.

I Liqa, 27-ci tur
17:00. “Qaradağ Lökbatan” 0 – 3 “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan OİK stadionu

17:00. “Mingəçevir” 2 – 1 “Karvan”
Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

Qeyd edək ki, digər oyunlar mayın 23-də baş tutacaq.

Müəllif: Sport1.az