“Monako” “Barselona”dan icarəyə götürdüyü Ansu Fatinin taleyinə aydınlıq gətirdi. Sport1.az xəbər verir ki, Liqa 1 təmsilçisinin idman direktoru ispaniyalı futbolçunun müqaviləsində olan 11 milyon avroluq transfer bəndini aktivləşdirməyi planlaşdırmır.
Klub rəhbərliyi 22 yaşlı hücumçunun performansından razı olmasına baxmayaraq, oyunçunun fiziki hazırlıq səviyyəsi tamamilə bərpa olunmayana qədər onu almağı düşünmür.
Qeyd edək ki, Ansu Fati bu mövsüm çıxdığı 5 oyunda 6 dəfə fərqlənib.