son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" "Sumqayıt"ın daha bir legioneri millinin düşərgəsinə çağırılıb Şahmat Olimpiadası: 6-cı turun oyunlarına start verilib "Naxçıvan"dan növbəti transfer Tanınmış idmançılar maarifləndirmə kampaniyasına qoşuldular

Klub prezidenti aclıq aksiyasına başladı

Bölmə adı Futbol
Yayımlandı 28-03-2025, 14:35

Türkiyə 3-cü Liqa təmsilçilərindən "Denizlispor"un prezidenti Erhan Ergil şəhər meydanında aclıq aksiyasına başlayıb.


Sport1.az xəbər verir ki, 15 İyul Şəhidlər Delikliçınar meydanına gələn Ergil jurnalistlərə açıqlamasında müddətsiz aclıq aksiyasına başladığını bildirib:

"Sahur etdim və müddətsiz aclıq aksiyasına başlayıram. "Denizlispor" yox olur. Mən hazırda təkəm. Bu qərarımı heç kimlə planlaşdırmamışam. Heç kimi də mənə qoşulmağa dəvət etmirəm. Amma kimsə könüllü şəkildə qoşulmaq istəyirsə, bu məsələyə siyasət qarışdırmasın".


Bundan öncə maliyyə problemləri yaşayan komandanın kapitanı Gökhan Süzen azarkeşlərinə və ictimaiyyətə kömək üçün müraciət etmişdi:

"5 mükafatımız, 2 maaşımız verilməyib. Futbolçuların əlində bir qəpik də yoxdur. Aprelin 2-nə kimi pul tapılmasa, daha 6 xalımız silinəcək. Bu psixologiya ilə oynayırıq. Hamımız küçə-küçə, mağaza-mağaza pul istəyəcəyik. Gəlin bizimlə olun".


Qeyd edək ki, "Denizlispor" 17 xalla Türkiyə III Liqasının IV qrupunun 15-ci pilləsində qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR