Dünən DÇ-2026-nın seçmə mərhələsində yığmamız Ukrayna ilə qarşılaşdı. Görüş slavyanların 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Qarşılaşma ilə bağlı fikirlərini öyrənmək üçün Ceyhun Sultanova müraciət etdik.
Futbol funksioneri mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Yığmamızda canlanma görünür. Komanda şəklində yaxşı müdafiə olunur, top saxlayır, rəqibin qapısı ağzında hücumlar təşkil edirik. Məni sevindirən əsas məqam odur ki, hesabda neçə topla geridə olmağımıza baxmayaraq futbolçularımızda məyusluq olmur, komandada isə dağınıqlıq baş vermir. Oyunçular maksimum intizamı və ruh yüksəkliyini qorumağa çalışırlar. Futbolda kompakt müdafiə olunsan da, iki komanda arasında səviyyə fərqi varsa, keyfiyyətli futbolçulara sahib tərəf gec-tez arxa xətti yaracaq. Ukraynalılar cəbhə hücumu ilə cərimə meydançamıza soxula bilmədilər. Onlar uzun ötürmələr, uzaqdan zərbələr və standart vəziyyətlərdən qapımıza yol tapmağa çalışdılar. Buna nail oldular. Qapımıza vurulan qollar futbolçuların ustalıq səviyyəsinin nəticəsi idi. Amma yığmamıza və Ayxan Abbasova güvənmək, vaxt vermək lazımdır. Onun rəhbərliyi altında daha yaxşı Azərbaycan seçməsi görəcəyik”. MİRZƏ S.