Çempionlar Liqası: yarımfinal cütləri məlum oldu

Bölmə adı Futbol
Yayımlandı 28-03-2025, 11:37

Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında növbəti yarımfinalçılar məlum olub.

Sport1.az xəbər verir ki, 1/4 finaldan qalib ayrılan İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" kollektivləri adını növbəti mərhələyə yazdırıb.

London klubu 1/4 finalda "Mançester Siti"ni, Kataloniya təmsilçisi isə "Volfsburq"u mübarizədən kənarlaşdırıb.

Daha əvvəl "Arsenal" və "Lion" adını yarımfinala yazdırmışdı. Final yolunda cütlər belədir:


Arsenal – Lion

Barselona – Çelsi.


Yarımfinalın oyunları 19 və 26 aprel olacaq. Final görüşü mayın 24-nə təyin edilib.

Müəllif: Sport1.az