son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" "Sumqayıt"ın daha bir legioneri millinin düşərgəsinə çağırılıb Şahmat Olimpiadası: 6-cı turun oyunlarına start verilib "Naxçıvan"dan növbəti transfer Tanınmış idmançılar maarifləndirmə kampaniyasına qoşuldular

“Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir”

Bölmə adı Futbol
Yayımlandı 28-03-2025, 09:50

Avropa çempionatının əsas mərhələsində mübarizə aparan Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Xorvatiya yığması ilə qarşılaşıb.


Sport1.az xəbər verir ki, 3:3 hesabı ilə başa çatan görüşdə komandamızın ilk qolunu vuran Fariz Hüseynov federasiyanın mətbuat xidmətinə açıqlama verib.

O, rəqibdən zəif olmadıqlarını söyləyib:

"İlk görüşdə Bosniya və Herseqovina ilə üz-üzə gəldik. Onların güclü olduğunu bilirdik. Müdafiədə daha diqqətli oynamalı, topa sahib olduqda isə sürətli hücumlar qurmalı idik. Ancaq erkən qollar buraxdıq. Bundan sonra toparlanmaq çətin oldu və böyükhesablı məğlubiyyətlə üzləşdik".


F. Hüseynov Xorvatiya seçməsi ilə matçda daha yaxşı və inamlı oynadıqlarını söyləyib:

"Bosniya və Herseqovina ilə görüşdəki səhvlərdən nəticə çıxarmışdıq. Həm də Xorvatiyanın Türkiyəyə qarşı keçirdiyi oyunu da zalda izləmişdik. Rəqibimizi əyani görmüşdük. Çalışdıq səhvləri təkrarlamayaq, əksinə, düzəldək. Bunu bacardıq. Xorvatiyadan heç də zəif oynamadıq".


Futzalçı sözügedən qarşılaşmada fərqlənməsi ilə bağlı da danışıb:

"Əlbəttə, sevindirici məqamdır. Üstəlik bu qolu Xorvatiya kimi güclü rəqibin qapısına vurursansa, iki qat sevinc olur. Heyifslənirik ona görə ki, qələbəni əldən verdik. Oyunun böyük hissəsini hesabda üstün keçirdik. Sona 12 saniyə qalmış qol buraxsaq da, ruhdan düşmədik, sona qədər mübarizə apardıq və heç-heçə qolunu vurduq. Qələbə də qazana bilərdik. Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir. Qarşıda bir görüşümüz qalıb. Türkiyə millisi qrupun sürpriz nəticə qazana kollektividir. Qardaş ölkənin yığması ilə də sona qədər mübarizə aparacağıq. Bu matça hazırlaşmaq üçün 1 gün vaxtımız olacaq. Çalışacağıq ki, bu mərhələdə ilk qələbəmizi qazanaq”.


Qetd edək ki, U-19 qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR